AZ

Rusiya ordusu Xarkovda yaşayış binasını bombalayıb, ölənlər və yaralılar var - FOTO/VİDEO 

İyunun 22-də Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov vilayətinə idarəolunan hava bombaları ilə dörd dəfə hücum ediblər.

Bizim.Media xəbır verir ki, bu barədə vilayət meri İqor Terexov “Telegram”da məlumat verib.

O qeyd edib ki, zərbə yaşayış binasına dəyib:

“Şəhərdə dağıntıların miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir. Rusiya ordusunun zərbə endirdiyi yerdə fövqəladə xidmətlər işləyir”.

Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov isə vilayət mərkəzinə təkrar hücumlar təhlükəsi barədə məlumat verib. Onun sözlərinə görə, hazırda iki nəfər həlak olub, yaralıların sayı 18 nəfərə çatıb.
 







Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
bizim.media

10Mənbələr