AZ

Qohum evliliyinin ləğvi problemlər yarada bilər - Rəşad Mahmudov

Ailə Məcəlləsinə qohum evlilikliləri ilə dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır.
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirlən iclasında deyib.
 
“Bu cür evlilikləri qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirməklə prosesə mane ola bilərik. Əks təqdirdə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq”, - deputat bildirib.
 
Seçilən
123
19
moderator.az

10Mənbələr