AZ

Nigeriyada silahlı hücumlarda ən azı 25 nəfər ölüb

Nigeriyada silahlı hücumlarda ən azı 25 nəfər ölüb

Nigeriyanın şimalındakı Katsina əyalətində baş verən silahlı hücumlarda ilkin məlumatlara görə 25 nəfər həlak olub.Katsina polis sözçüsü Abubakar Sadiq Aliyunun verdiyi açıqlamada silahlı dəstə üzvlərinin əyalətin Kankara bölgəsindəki Gidan Bofa və Dan Nakwabo kəndlərinə hücumlar təşkil etdiyini açıqlayıb.Aliyu bildirib ki, ilkin təsbitlərə görə, hücumlarda 4-ü polis və 2-si yerli təhlükəsizlik işçisi olmaqla 25 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edən Aliyu, hadisə ilə bağlı istintaq başladıldığını bildirib.Digər tərəfdən yerli mətbuatda çıxan xəbərlərdə hücumlarda 50 nəfərin öldüyü, çoxlu sayda adamın qaçırıldığı iddia edilib.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
afn.az

2Mənbələr