AZ

Nigeriyada silahlı hücumda 25 nəfər ölüb

Nigeriyanın şimalındakı Katsina əyalətində baş verən silahlı hücumlarda ilkin məlumatlara görə 25 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Katsina polis sözçüsü Abubakar Sadiq Aliyu, verdiyi yazılı açıqlamada, silahlı dəstə üzvlərinin əyalətin Kankara bölgəsindəki Gidan Bofa və Dan Nakwabo kəndlərinə hücumlar təşkil etdiyini söyləyib.

Aliyu bildirib ki, ilkin təsbitlərə görə, hücumlarda ölənlərdən 4-ü polis və 2-si yerli təhlükəsizlik işçisi olub. Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin göndərildiyini qeyd edən Aliyu, hadisə ilə bağlı istintaq başladıldığını bildirib.

Seçilən
111
1
operativmm.az

2Mənbələr