AZ

"Sülh müqaviləsi layihəsinin hazırlanmasını başa çatdırmaq üçün real imkan var” - Mirzoyan

"Sülh müqaviləsi layihəsinin hazırlanmasını başa çatdırmaq üçün real imkan və tarixi məqam var”.

Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, bildirib ki, sazişin imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər.

Xatırladaq ki, bir neşə gün bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsi layihəsi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazır olduğunu açıqlamışdı.

Daşqın HəsənovMissiya.Az

Seçilən
152
missiya.az

1Mənbələr