AZ

Daha bir mühüm iclas Şuşada keçirilə bilər

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökumətlərarası Komissiyasının IX iclasının Şuşada keçirilməsi planlaşdırılır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanla BƏƏ arasında əlaqələr çoxşaxəli və dinamikdir:

"Ölkələrimiz arasında ticarət dövriyyəsi 15 faizdən çox artıb.Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Bu əlaqələrin inkişafında Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının rolu böyükdür. Hər iki komissiya əlaqələrin inkişafına töhvə verən mühüm platformadır. Komissiyanın növbəti 9-cu iclasını Şuşada keçirməyi planlaşdırırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
4
axar.az

5Mənbələr