AZ

Azərbaycanın basketbol yığması Avropa çempionatına yeni baş məşqçinin rəhbərliyi altında hazırlaşır

Azərbaycanın

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığması təlim-məşq toplanışının birinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, komanda ispaniyalı yeni baş məşqçi Alberto Blankonun rəhbərliyi altında Qax Olimpiya İdman Kompleksində gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlərini davam etdirir.

Toplanış iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 19-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
4
azertag.az

5Mənbələr