AZ

Millimiz Avropa çempionatına hazırlaşır

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığması təlim-məşq toplanışının birinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, komanda ispaniyalı yeni baş məşqçi Alberto Blankonun rəhbərliyi altında Qax Olimpiya İdman Kompleksində gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlərini davam etdirir.

Toplanış iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 19-dək davam edəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
4
sportnet.az

5Mənbələr