AZ

Könül Nurullayeva: “Azərbaycan-Misir əlaqələri bu ölkələrin yerləşdiyi regiona əlavə sabitlik gətirilməsinə xidmət edir”

"Azərbaycanın xarici siyasəti, dünyada bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafına yönəlmiş siyasi kursun uğurları davam edir. İstər ABŞ, istər Rusiya, həmçinin region ölkələri, İran, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa İttifaqı ölkələri ilə əlaqələr yüksək səviyyədədir. Azərbaycan Prezidentinin ötən həftə Misirə səfəri həm də Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi. Eyni zamanda iki ölkə arasında münasibətlərdə yeni səhifə açıldı. 30 ildən çoxdur, qurulan diplomatik əlaqələr  uğurla inkişaf etdirilir. Rəsmi Bakı və rəsmi Qahirənin əsas hədəfi qarşılıqlı-faydalı münasibətlərin yerləşdiyimiz bölgələrə əlavə sabitlik gətirməsinə nail olmaqdır. Prezident İlham Əliyevin də söylədiyi kimi,  sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz".

Bu sözləri Ednews - a Milli Məclis deputatı Könül Nurullayeva, Prezident İlham Əliyevin Misirə mühüm səfərinin şərh edərkən söyləyib. Onun fikrincə budəfəki səfər zamanı da bir daha bəyan olundu ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır:

"Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək. Məlumdur ki, bundan əvvəl Misir Prezidenti Azərbaycana səfər etmişdi, Azərbaycan Prezidentinin də Misirə səfəri ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi oldu. Azərbaycanla Misir beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyır. Dövlət başçımızın da söylədiyi kimi, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Bu sədrlik nəticəsində Hərəkat daha böyük imkanlara malik olub".

Deputat bildirir ki, Aparılan danışıqlardan aydın oldu ki, tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var:

Energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri bir daha müzakirə olundu. Misir 100 milyondan artıq əhalisi olan böyük bazar və strateji coğrafiyada yerləşən böyük dövlətdir. Afrika,Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanları olan ölkədir.

Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlıq da yüksək səviyyədədir. Prezident İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündə də bu istiqamətdə mühüm müzakirə aparıldı. Azərbaycan islam həmrəyliyinə daim töhvə verən ölkədir, İslam dünyasının diqqətində oıan məsələlərə  böyük önəm verir. Azərbaycanın Fələstin məsələsində də həmişə ədalətli və prinsipial mövqeyi olub. Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin də böyük əhəmiyyəti var". 

"Səfəri yekunlarını dəyərləndirərək, əminliklə söyləmək olar ki, Azərbaycanla Misir arasında əlaqələr tarixi xarakter daşıyır və hazırkı siyasi münasibətlərin daha da inkişafı üçün zəmin var", - deyə o, yekunda vurğulayıb.

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
ednews.net

2Mənbələr