AZ

Azərbaycan dost və əməkdaşlıq münasibətlərinə önəm verir

“Prezident İlham Əliyevin ötən həftə Misirə səfəri Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Eyni zamanda iki ölkə arasında münasibətlərdə yeni səhifə açıldı. 30 ildən çoxdur, qurulan diplomatik əlaqələr uğurla inkişaf etdirilir. Budəfəki səfər zamanı aparılan danışıqlar da ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edirdi. Dövlət başçıları bir daha bəyan etdi ki, iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Məlumdur ki, bundan əvvəl Misir Prezidenti Azərbaycana səfər etmişdi, Azərbaycan Prezidentinin də Misirə səfəri ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi kimi dəyərləndirilə bilər”.

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycanla Misir beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir: “Dövlət başçımızın da söylədiyi kimi, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Bu sədrlik nəticəsində Hərəkat daha böyük imkanlara malik olub.

Aparılan danışıqlardan o da aydın oldu ki, tərəflər arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün böyük potensial var. Energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sahələri, nəqliyyat və s. sahələrdə əlaqələrin inkişafı məsələləri bir daha müzakirə olundu. Misir 100 milyondan artıq əhalisi olan böyük bazar və strateji coğrafiyada yerləşən böyük dövlətdir. Afrika,Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanları olan ölkədir. Bu, isə qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni perspektivlər deməkdir”.

Millət vəkili sözlərinə davam edərək bildirib ki, Misirlə Azərbaycan arasında dini-mənəvi sahədə əməkdaşlıq da yüksək səviyyədədir: “Prezident İlham Əliyevin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündə də bu istiqamətdə mühüm müzakirə aparıldı. Azərbaycan islam həmrəyliyinə daim töhvə verən ölkədir, İslam dünyasının diqqətində olan məsələlərə böyük önəm verir. Azərbaycanın Fələstin məsələsində də həmişə ədalətli və prinsipial mövqeyi olub. Dövlət başçımızın da bəyan etdiyi kimi, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Rəsmi Bakı eyni zamanda Qəzzada yaşanan faciənin də tezliklə dayandırılmasını vacib hesab edir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycanın ərəb islam dünyasının mərkəzlərindən biri olan Misirdə bu prinsipial mövqeyini səsləndirməsinin böyük əhəmiyyəti var”.

“Səfərin yekunlarını dəyərləndirərək, əminliklə söyləmək olar ki, Azərbaycanla Misir arasında əlaqələr tarixi xarakter daşıyır və hazırkı siyasi münasibətlərin daha da inkişafı üçün zəmin var”,- deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
xalq.az

2Mənbələr