AZ

“Instagram”da yeni funksiya: Artıq “WhatsApp”dan paylaşım etmək mümkün olacaq

\"Instagram” istifadəçilərə hekayələrini birbaşa \"WhatsApp” statusunda paylaşmağa imkan verəcək yeni funksiya üzərində işləyir.

AZXEBER.COM \"ensonhaber”ə istinadən xəbər verir ki, bu funksiya hələ inkişaf mərhələsində olsa da, onun tezliklə istifadəyə veriləcəyi gözlənilir.

Hazırda \"Instagram” hekayələrini \"WhatsApp»da paylaşmaq üçün hekayənin skrinşotunu çəkib sonra \"WhatsApp»da göndərmək lazımdır.

Yeni funksiya necə işləyəcək?

İstifadəçilər hekayələrini paylaşarkən \"WhatsApp»ı seçim kimi görə biləcəklər.

Hekayələr orijinal formatda \"WhatsApp» statuslarında paylaşılacaq və istifadəçilər onların hekayələrini kimin görə biləcəyinə nəzarət edə biləcəklər.

Bu yeni funksiyanın \"Instagram” və  \"WhatsApp» istifadəçiləri üçün bir çox üstünlüklərə sahib olacağı gözlənilir.

İstifadəçilər platformalar arasında keçid etmədən məzmunlarını daha asan paylaşa və daha geniş auditoriyaya çata biləcəklər.

Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
50
azxeber.com

10Mənbələr