AZ

Qubada vətəndaşdan 6 kq marixuana aşkarlanıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Murad Bağırov saxlanılıb.

525.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən xəbərə görə, ondan 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Murad Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib.






















Bizi İnstagramda izləyin

Seçilən
106
12
525.az

10Mənbələr