AZ

BRİKS-in tədbirində Türkiyə də daxil olmaqla, 22 ölkə iştirak edəcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təşkilatçıların verdiyi məlumata görə, BRİKS təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin bugünkü iclasında 22 ölkənin təmsilçisinin iştirakı gözlənilir. Bu barədə jurnalistlərə Nijni Novqorodda keçirilən tədbirin təşkilatçıları məlumat veriblər.

Onların sözlərinə görə, bazar ertəsi - iyunun 10-da  keçirilən görüşlərdə Rusiya, Braziliya, Misir, Hindistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Cənubi Afrika Respublikasının nümayəndələri iştirak ediblər.

İyunun 11-də keçiriləcək tədbirlərdə əlavə olaraq, Banqladeş, Bəhreyn, Belarus, Venesuela, Vyetnam, Qazaxıstan, Kuba, Laos, Mavritaniya, Səudiyyə Ərəbistanı, Tailand, Türkiyə və Şri-Lankanın iştirakı gözlənilir.

İştirakçıların əksəriyyətinin nazirlər səviyyəsində təmsil olunduğu bildirilib.

Bu, 2023-cü ildə BRİKS-in genişləndirilməsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür. Hazırda təşkilatın tamhüquqlu üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiyadır. Daha 30-a yaxın ölkə BRİKS ilə bu və ya digər formatda əməkdaşlıq etmək istəyir.

BRİKS-ə sədrlik 2024-cü il yanvarın 1-dən ilin sonuna qədər Rusiyaya keçib. İl ərzində Rusiyada geniş mövzuları əhatə edən 250-dən çox görüşün təşkil edilməsi planlaşdırılır. Əsas tədbir 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammiti olacaq.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
hurriyyet.az

10Mənbələr