AZ

Kirantsda 54 daşınmaz əmlak Azərbaycana verilir: 2 yaşayış binası, 3 mağaza...

Tavuş vilayətinin Kirants kəndində bu ilin sentyabrında istifadəyə veriləcək yeni məktəb tikilir.

Publika.az xəbər verir ki, yerli sakinlər təhsil ocağı ilə yolun arasındakı məsafədən narahatdırlar. Çünki sərhəd delimitasiyası başa çatdıqdan sonra bu yol Azərbaycanın nəzarətinə keçəcək.

“Delimitasiyadan sonra bu hissə Azərbaycanın olacaq. Cəmisi yarım dəqiqə lazımdır ki, bu yoldan məktəbin qapısına çatasan”- “Sputnik Ermənistan”ın müxbirinin kənddən hazırladığı reportajda deyilir.

Məlumatda qeyd olunur ki, Kirantsda sərhədin delimitasiyası nəticəsində ümumilikdə 30 vətəndaşa məxsus 54 daşınmaz əmlak Azərbaycan tərəfinə veriləcək. Bu obyektlərin hamısının kadastr şəhadətnaməsi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
publika.az

2Mənbələr