AZ

Kirantsda 54 daşınmaz əmlak Azərbaycana verilir: 2 yaşayış binası, 3 mağaza...

Tavuş vilayətinin Kirants kəndində bu ilin sentyabrında istifadəyə veriləcək yeni məktəb tikilir.

Yerli sakinlər təhsil ocağı ilə yolun arasındakı məsafədən narahatdırlar. Çünki sərhəd delimitasiyası başa çatdıqdan sonra bu yol Azərbaycanın nəzarətinə keçəcək.

“Delimitasiyadan sonra bu hissə Azərbaycanın olacaq. Cəmisi yarım dəqiqə lazımdır ki, bu yoldan məktəbin qapısına çatasan”- “Sputnik Ermənistan”ın müxbirinin kənddən hazırladığı reportajda deyilir.

Məlumatda qeyd olunur ki, Kirantsda sərhədin delimitasiyası nəticəsində ümumilikdə 30 vətəndaşa məxsus 54 daşınmaz əmlak Azərbaycan tərəfinə veriləcək. Bu obyektlərin hamısının kadastr şəhadətnaməsi var.

O cümlədən, 2 yaşayış binası, 3 mağaza, avtomobil hissələri satışı məntəqəsi, 48 torpaq sahəsi, o cümlədən bir neçə hektar kommunal torpaq Azərbaycana veriləcək.  / Publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
1
referans.az

2Mənbələr