İyunun 10-da Rusiya təyyarəsi Finlandiya körfəzinin şərq hissəsində Loviisa şəhəri yaxınlığında ölkənin hava məkanını pozub.
Bizim.Media xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə iyunun 10-da səhər saatlarında baş verib. İddiaya görə, Rusiya təyyarəsi Finlandiya hava məkanında təxminən iki dəqiqə qalıb və sərhədin 2,5 kilometr dərinliyinə qədər irəliləyib.
Finlandiya XİN-dən qeyd edilib ki, artıq Rusiya səfirliyi ilə əlaqə saxladığını və bununla bağlı izahat tələb edilib: "Biz iddia edilən ərazi pozuntusunu ciddi qəbul edirik və dərhal araşdırmaya başlanılıb".
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta