AZ

“Bayraqdar”lar Serbiyanın hava məkanını pozub?

Prezident Aleksandr Vuçiçin Kosovaya məxsus PUA-ların Serbiyanın hava məkanını pozması ilə bağlı fikirləri həqiqəti əks etdirmir.
BUTA.TV xəbər verir ki, bu barədə Kosova Müdafiə Nazirliyi məlumat yayıb. “Kosova Təhlükəsizlik Qüvvələrinin arsenalında “Bayraqdar TB2” PUA-ları mövcuddur. Sözügedən PUA-ların əməliyyatları, normal olaraq Kosova ərazisi daxilində, heç bir qonşu ölkəyə casusluq niyyəti olmadan və hər hansı bir dövlətin hava məkanını pozmadan həyata keçirilir”, - məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl A.Vuçiç Kosovaya məxsus “Bayraqdar”ların Serbiya hava məkanını pozduğunu açıqlamışdı.

Seçilən
98
2
buta.tv

10Mənbələr