AZ

Çin Ukrayna üçün real sülh konfransının keçirilməsinə çağırır

BRİKS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən görüşündə Pekin Ukrayna böhranı ilə bağlı sülh konfransının həm Moskva, həm də Kiyev tərəfindən tanınması üçün çağırış edib.

Editor.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi açıqlama verib.

Çin XİN-nin bəyanatına görə, Ukrayna böhranı davam edir: “Çin həm Rusiya, həm də Ukrayna tərəfindən tanınan, bütün tərəflərin bərabər iştirakı ilə və bütün sülh planlarının vicdanla müzakirə olunacağı real sülh konfransının vaxtında çağırılmasının tərəfdarıdır”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
editor.az

10Mənbələr