AZ

“Qarabağ” qapıçı Fabiyan Buntiçi transfer edib

Azərbaycan çempionu "Qarabağ" ilk transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

    Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

    Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

    Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

    Seçilən
    151
    32
    demokrat.az

    10Mənbələr