AZ

“Qarabağ” onu transfer etdi

“Qarabağ” 2024/2025 mövsümü öncəsi ilk transferini reallaşdırıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.

Almaniya vətəndaşlığına malik xorvatiyalı qolkiperlə üç illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər “köhlən atlar”da çıxış edəcək.

27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, F. Butniç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.

Seçilən
126
17
yenicag.az

10Mənbələr