AZ

Baqrat tərəfdarlarını parlament binasına çağırdı

“Vətən adına Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iyunun 12-də saat 15:00-da  tərəfdarlarını parlament binası yaxınlığında toplaşmağa çağırıb.

Redaktor.az xəbər verir ki, onun Baqramyan küçəsində etirazçılar tərəfindən bloklanan çıxışı yerli xəbər portalları tərəfindən onlayn yayımlanıb.

“Biz dedik ki, 96 saat ərzində məsələni həll edəcəyik və sabah səhər müxtəlif yerlərdə aksiyalar keçirəcəyik və bu gecə çox sayda insanın burada olması bizim üçün çox vacibdir. Amma indi nə edəcəyimizi deməyəcəyəm”, - Qalstanyan bildirib.

Qeyd edək ki, bazar günü axşam saatlarında Qalstanyan bildirib ki, müxalifət parlamentdə Baş nazir Nikol Paşinyanın impiçmenti prosesinə başlayacaq və xalq bunu qanunvericilik binasından kənarda dəstəkləyəcək. Bundan sonra minlərlə insan Baqramyan prospektində parlamentə gələrək bütün gecəni orada qalıb.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
30
redaktor.az

10Mənbələr