AZ

Bu ölkənin vitse-prezidentinin olduğu təyyarə yoxa çıxdı

Malavi vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radarlardan itib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Prezident Aparatının məlumatında deyilir.

Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra radarlardan itib.

Açıqlamada bildirilir ki, təyyarə Mzuzu Beynəlxalq Hava Limanına planlı eniş edə bilməyib. Aviasiya orqanlarının təyyarə radarlardan itdikdən sonra onunla əlaqə yaratmaq cəhdləri indiyədək uğursuz olub.

Malavi Prezidenti Lazarus Çakvera Baham adalarına planlaşdırılan uçuşunu ləğv edib və bütün regional və milli qurumlara təyyarənin yerini tapmaq üçün təcili axtarış-xilasetmə əməliyyatı keçirməyi əmr edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
5
axar.az

6Mənbələr