AZ

Malavi vitse-prezidentinin olduğu təyyarə yoxa çıxıb

Malavinin vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radarlardan itib.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin Prezident Aparatının məlumatında belə deyilir.

Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə paytaxt Lilonqveni tərk etdikdən sonra radarlardan itib.

Açıqlamada bildirilir ki, təyyarə Mzuzu Beynəlxalq Hava Limanına planlı eniş edə bilməyib. Aviasiya orqanlarının təyyarə radarlardan itdikdən sonra onunla əlaqə yaratmaq cəhdləri indiyədək uğursuz olub.

Malavi Prezidenti Lazarus Çakvera Baham adalarına planlaşdırılan uçuşunu ləğv edib və bütün regional və milli qurumlara təyyarənin yerini tapmaq üçün təcili axtarış-xilasetmə əməliyyatı keçirməyi əmr edib.

Seçilən
99
5
korrespondent.az

6Mənbələr