Maraqlıdır, Gürcüstan və Azərbaycan arasında yeni gömrük keçid məntəqəsinin yaradılması, eyni zamanda qarşıdan gələn COP29-la bağlı Azərbaycanın quru sərhədləri açıla bilər?Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Vahid Əhmədov News24.az-a açıqlamasında bildirib ki, COP29 tədbirinə qədər Azərbaycanın bir sıra qonşu ölklərlə quru sərhədləri açıla bilər:
“Bu məsələ zaman-zaman gündəmə gəlir. Biz hər zaman parlamentdə bu mövzunu müzakirəyə çıxarmışıq ki, quru sərhədlər açılsın. Sərhədlərin hələ də bağlı qalması dövlətin təhlükəsizliyi ilə bağlıdır. Bununla bağlı dövlət rəsmiləri də mövqelərini bildiriblər. Əslində bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır. Dövlətin təhlükəsizliyi hər bir halda bizim üçün önəmlidir. Ermənistanla olan münasibətlər, hələlik sülh müqaviləsinin imzalanmaması o cümlədən İranda olan gərginlik və Rusiya ilə olan münasibətlər - bunların hamısı sərhədlərin açılmasına əngəl olan məsələlərdəndir”. Deputat qeyd edib ki, sərhədlərin açılması həm ölkə iqtisadiyyatına, həm də əhalinin sosial rifahının yaxşılaşmasına ciddi təsir edəcək:
Vahid Əhmədov əlavə edib ki, onda olan məlumata görə Azərbaycanın COP29-a qədər bəzi qonşu dövlətlərlə sərhədləri açıla bilər. Aldığım məlumata görə, COP29-a qədər ola bilər ki, hansısa bir sərhəd açılsın. Amma Gürcüstanla olan sərhəddin açılma ehtimalı daha çoxdur. Amma açılsa belə, orada xususi rejim tətbiq olunmalıdır və çox ciddi yoxlanışlar keçirilməlidir.