AZ

Şoyqu və Fidan təhlükəsizlik sahəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİLƏR

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə işgüzar görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskvada baş tutan görüş zamanı tərəflər ikitərəfli və çoxşaxəli formatda Rusiya-Türkiyə təhlükəsizlik əməkdaşlığı məsələlərini müzakirə ediblər.

“Beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi də daxil olmaqla strateji bərabərhüquqlu ikitərəfli tərəfdaşlığın inkişafına sadiqlik təsdiq edilib”, - deyə məlumatda bildirilir.
Şoyqu türkiyəli həmkarını 2024-cü ilin üçüncü rübündə təhlükəsizlik məsələləri üzrə tammiqyaslı ikitərəfli məsləhətləşmələr keçirməyə dəvət edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
25
bizim.media

10Mənbələr