AZ

Şoyqu və Fidan təhlükəsizlik məsələlərini müzakirə ediblər

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə işgüzar görüş keçirib.

 

Oxu24.com xəbər verir  ki, O, türkiyəli həmkarını 2024-cü ilin üçüncü rübündə təhlükəsizlik məsələləri üzrə tammiqyaslı ikitərəfli məsləhətləşmələr keçirməyə dəvət edib.


“Təhlükəsizlik şuraları vasitəsilə Rusiya-Türkiyə təmaslarını qurmağa hazıram, bu fürsətdən istifadə edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri Kalına, müdafiə naziri Gülərə, eləcə də Milli Təhlükəsizlik Baş katibinə salamlarını çatdırmağı xahiş edirəm. Üçüncü rübdə Rusiyada olmasını gözlədiyim Türkiyə Cümhuriyyəti Hacımüftüoğlu, Moskva və ya Ankarada təhlükəsizlik məsələləri ilə bağlı genişmiqyaslı ikitərəfli məsləhətləşmələr aparacaq”, - deyə Şoyqunun sözlərindən sitat gətirir.

 

Tərəflər ikitərəfli və çoxtərəfli formatda təhlükəsizlik sahəsində Rusiya-Türkiyə əməkdaşlığı məsələlərini müzakirə ediblər.

 

“Beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi də daxil olmaqla strateji bərabərhüquqlu ikitərəfli tərəfdaşlığın inkişaf etdirilməsi öhdəliyi təsdiqləndi”, - deyə oməlumatda qeyd  edilir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
25
oxu24.com

10Mənbələr