AZ

Qobustanda uşağın “çips”dən zəhərlənərək ölməsi iddiasına aydınlıq gətirilib

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayışmassivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsiilə bağlı araşdırmalar aparılır.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və TibbiƏrazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatındaqeyd edilib.

Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisəiyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinəaparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozuqoyulub.

Qeyd edilib ki, iyunun 9-u saat 01:25 radələrində RespublikaPediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq KlinikXəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürəkritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya,ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidozdiaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq,T.Cavadzadə həmin gün saat 03:40 radələrində vəfat edib.

"Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbuledib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidəolunmayıb", - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
35
az.trend.az

10Mənbələr