AZ

Qaradağda uşağın vəfat etməsi ilə bağlı AQTA və TƏBİB birgə məlumat yayıb

Paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.

 

Aztibb.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumat yayıb.

 

Məlumatda deyilir: “İlkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub. İyunun 9-da saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, iyunun 9-u saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.

 

Ailədən onu bildiriblər ki, “Çips” məhsulunu üç uşaq qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.

 

Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı görə veririk”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
18
aztibb.az

10Mənbələr