Bakı, 10 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) və Dövlət Gömrük Komitəsinin gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün iyunun 9-da keçirdiyi imtahanın nəticələri açıqlanıb.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda 1153 nəfər iştirak edib.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası iyunun 12-14-də saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299