AZ

Məhkəmə “Abzas Media” işi çərçivəsində saxlanılanlar barədə qərar qəbul edib

Xətai Rayon Məhkəməsində jurnalist Hafiz Babalının həbs müddətinin 1 ay uzadılması ilə bağlı qərar qəbul edilib. Bu barədə onun vəkili Rəsul Cəfərov bildirib.

Vəkilin sözlərinə görə, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırılıb.

Həmçinin gün Xətai məhkəməsi  jurnalist Elnarə Qasımovanın ilkin həbs müddətini daha 2 ay  uzadıb. Bu barədə məhkəmədən bildirilib.


Elnarə Qasımova ittihamı rədd edir və onu jurnalist fəaliyyətilə əlaqələndirir.
 
2023-cü ilin dekabrın 14-də Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs edilib. 
 
Elnarə Qasımova yanvarın 13-də şəxslərin qabaqcadan əlbirliyi ilə qaçaqmalçılıqda (CM-nin 206.3.2-ci maddəsi) ittiham edilərək saxlanılıb.
 
Yanvarın 15-də məhkəmə onun barəsində həbs qətimkan tədbiri olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. 
 
Martın 7-də isə onun həbs müddəti 3 ay uzadılıb.

Prokurorluğun qərarı ilə "Abzas Media işi" üzrə istintaq sentyabrın 20-nə qədər uzadılıb.
 
Aytac


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
anews.az

10Mənbələr