AZ

Polşa Belarusla sərhəddə bufer zonanın yaradılacağı tarixi açıqlayıb

Polşa hökuməti iyunun 13-dən etibarən Belarusla sərhəddə bufer zonada insanların hərəkətinə məhdudiyyətlər tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Tomaş Semonyakın imzaladığı və Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən sərəncamda deyilir.

Sənədə əsasən, məhdudiyyətlər Narevka, Dubiçi-Tserkevnı və Çeremşa sərhəd xidməti bölmələrinin məsuliyyəti zonasında 90 gün müddətində qüvvədə olacaq. Təbiət qoruqları ərazisində bufer zonanın dərinliyi 200 m-dən 2 km-ə qədər olacaq. Məhdudiyyətlər yaşayış məntəqələrində və turizm marşrutlarında tətbiq edilməyəcək.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk qeyri-qanuni miqrantların Polşa sərhədçiləri və hərbçilərinə qarşı hücumlarının sayının kəskin artması ilə əlaqədar Belarusla sərhəddə bufer zonanın yaradılmasına qərar verdiklərini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
25
korrespondent.az

10Mənbələr