AZ

"Canlı kompüter" istehsal edildi - Dünyada ilk

İsveç alimləri insan beyin toxumasından hazırlanan dünyada ilk "canlı kompüter"i istehsal ediblər.    Manset.az xarici mənbələrə əsasən xəbər verir ki, normal kompüter çipi kimi məlumat mübadiləsi aparan "canlı kompüterin" dünyanın enerji böhranlarını həll edə biləcəyi proqnozlaşdırılır.  Laboratoriya mühitində yetişdirilən 16 beyin hüceyrəsi qrupundan ibarət olan hüceyrələr bir-birləri arasında informasiya əlaqəsini təmin edir.
Ənənəvi kompüter çipi kimi işləyən yeni kompüter neyronlar vasitəsilə siqnal göndərən və qəbul edən sxemlər kimi çıxış edir.
Lakin yeni texnologiyanı xüsusi edən onun daha az enerji sərf etməsidir, çünki canlı neyronlar mövcud rəqəmsal prosessorlardan milyonlarla dəfə az enerji sərf edirlər.
Elm adamları, beynimizin 10 ilə 20 vat arasında enerji istehlak etməsini tələb edən işlərin bugünkü kompüterlərdə 21 meqavat enerji sərf etdiyini ortaya qoyublar. Bu, onların insan beynindən min dəfə çox enerji sərf etdiyini göstərir.  Bu texnologiya nəyin mümkün olduğuna dair təsəvvürlərimizə meydan oxuyur və süni intellektin gələcəyi və bəşəriyyətin texnologiya ilə əlaqəsi haqqında dərin suallar yaradır.  

Fidan Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
4
manset.az

6Mənbələr