AZ

Özünü 15-ci mərtəbədən atmaq istədi - Xilas edildi

Bakının Nizami rayonunda intihara cəhdin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, narkotik aludəçisi olan Xaçmaz rayon sakini 1998-ci il təvəllüdlü R.A. kirayədə yaşadığı B.Çobanzadə küçəsindəki evdə (16 mərtəbəli binanın 15-ci mərtəbəsindən) pəncərəyə çıxaraq intihara cəhd göstərib.

Cəhdin qarşısı ərazidə olan polis əməkdaşları tərəfindən alınıb. 26 yaşlı qız qeydiyyatda olduğu reabilitasiya mərkəzinə təhvil verilib.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Seçilən
117
9
bakivaxti.az

10Mənbələr