AZ

“Rusiya bu xüsusiyətlərinə görə ABŞ-dan çox geridədir”... – Politoloqdan ÖZƏL AÇIQLAMA

Ötən həftə Rusiya ABŞ ordusunun digər oxşar cihazlara hücum edə biləcəyinə inandığı bir peyk buraxıb. Pentaqonun sözçüsü briqada generalı Pat Rayder bildirib ki, “Rusiya Yer kürəsinin aşağı orbitinə peyk çıxarıb ki, bu, ehtimal ki, antikosmik silahdır”. Peykin ABŞ hökumətinin peyki ilə “eyni orbitdə” olduğunu deyən Rayder Vaşinqtonun vəziyyəti izləməyə davam edəcəyini və öz maraqlarını qorumağa hazır olmalı olduğunu bildirib.

Kosmik silahlanma 1980-ci illərdə olduğu kimi yenidən ekstremal hal ala bilərmi? Real olaraq “Ulduz müharibələri” baş versə məğlub tərəf kim ola bilər?

Məsələ ilə bağlı politoloq Turab Rzayev Ednews-a açıqlaması zamanı qeyd edib ki, Rusiya konvensional silahlanmada Qərbdən xeyli zəifdir: 

photo_589167.jpg

“Aydın məsələdir ki, bu zaman əsas iki məqsəd güdülə bilər. Həqiqətən burada güclü şəkildə konvensional silahlanma davam edir. Doğrusu Rusiya konvensional silahlanmada ABŞ-ın kifayət qədər ehtiyatlarının olmadığı görünür. Çünki bütün dünya Rusiyaya birləşib. Konvensional silahların idxal edilməsi və ya istehsal edilməsi sanskiyalar səbəbindən xeyli çətinləşib. Həmçinin Rusiyanın bir çox silahları texnoloji cəhətdən, taktiki məqsədlərə istifadə edilmək üçün yetərli deyil. Bir sözlə desək müasr dövrdə Rusiyanın konvensional silahları mövcud dövrün tələblərinə cavab verə bilmir. Buna görə də Rusiyanın əl ata biləcəyi digər alternativ nüvə silahlarıdır. Nüvə silahının gücündən istifadə edərək, zərbə almış reputasiyasını qorumaq saxlamağa və Qərbi özüylə birgə masaya oturtmağa çalışır. Lakin Rusiyanın nüvə təhdidləri Qərb üçün əvvəl ki dövrlərə nisbətdə hazırda daha az qorxulu sayılır. Həmçinin Qərb Rusiyanın nüvə arsenalını kiçiltməyə çalışır. Məsələn Ukrayna müharibəsində rusların havadan radar sistemləri və s. ciddi hücumlara məruz qalır”.

Politoloq vurğulayır ki, Qərb Ukrayna vasitəsilə Rusiyanın nüvə reputasiyasını sarsıdır: 

“Digər tərəfdən Qərb Ukraynaya silahlardan istifadəyə Rusiya ərazisində icazə hüququ verib ki, bu da Rusiyanın davamlı şəkildə hücumlara məruz qalmasına və nüvə rəqabətində ABŞ-dan daha zəif olmasına səbəb olur. Mayı nəzərə alsaq Rusiyanın nüvə doktrinasında kifayət etməyə biləcəyi düşünülə bilər. Buna görə ola bilsin ki, Rusiya orbitə həqiqətən hansısa silah çıxarıb və bunlardan digər ölkələrin peyklərinə qarşı istifadə edə bilər. Normal olaraqda Qərb anoloji silahlarını ortaya çıxarır və vəziyyəti nəzarətə almağa çalışır. Digər tərəfdən isə 1980-ci illərdə olduğu kimi ABŞ kosmik müharibə üçün milyardlar xərclədi və SSRİ-də buna məcbur etdi. Bunun nəticəsində süni şəkildə kosmik silahlanma SSRİ-nin iqtisadiyyatını ağırlaşdıraraq süqutunu yaxınlaşdırdı”. 

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
50
ednews.net

10Mənbələr