AZ

"Mədəniyyətdə Marketinq” layihəsi başa çatdı


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan İctimai Birliyinin (GEN Azerbaijan) təşkilatçılığı ilə Bakıda "Mədəniyyətdə Marketinq” adlı layihə uğurla yekunlaşmışdır.
Təlimlərdə dövlət və özəl mədəniyyət müəssisələrində çalışan, yaradıcı sənayelər sahəsində sahibkarlıq fəaliyyəti olan 30 mütəxəssis və sahə üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak etmişdir. Təlim iştirakçıları mədəniyyət sektorunda marketinq strategiyalarının necə tətbiq olunacağını öyrənmiş və öz peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə etmişdir.
Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən mədəniyyət marketinqi, brendin formalaşdırılması, məhsul menecmenti, sosial media marketinqi, sənət və strategiya, süni zəka alətləri, xalçaçılıqda biznes və digər mövzular üzrə ümumilikdə 10 təlim keçirilmişdir. Təlimlərdən sonra, iştirakçılar qruplara bölünərək seçilmiş 6 mədəniyyət müəssisə üçün marketinq planları hazırlayıb və həmin planların təqdimatını keçirib. Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.
"Mədəniyyətdə Marketinq” layihəsinin başlıca məqsədi mədəni və yaradıcı sənayelərin rəqabətə dözümlülüyünün artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək verməkdir.  Layihə sahə üzrə mütəxəssislərə "Mədəniyyət Marketinqi” üzrə geniş biliklər əldə etməyə və daha sonra həmin bilikləri öz müəssisələrində tətbiq etməyə imkan yaradır. "Mədəniyyətdə Marketinq” layihəsi iştirakçılara mədəniyyət sahəsində marketinqin əhəmiyyətini və bu sahədə müasir alətlərin necə istifadə olunacağını nəzəri və praktik olaraq öyrətməyə yönəlmişdir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
3
7news.az

4Mənbələr