AZ

“Mədəniyyətdə Marketinq” layihəsi başa çatıb

“Mədəniyyətdə

Bakı, 11 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi və Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan İctimai Birliyinin (GEN Azerbaijan) təşkilatçılığı ilə Bakıda “Mədəniyyətdə Marketinq” adlı layihə yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, təlimlərdə dövlət və özəl mədəniyyət müəssisələrində çalışan, yaradıcı sənayelər sahəsində sahibkarlıq fəaliyyəti olan 30 mütəxəssis və sahə üzrə təhsil alan bakalavr və magistr tələbələri iştirak edib.

Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən mədəniyyət marketinqi, brendin formalaşdırılması, məhsul menecmenti, sosial media marketinqi, sənət və strategiya, süni zəka alətləri, xalçaçılıqda biznes və digər mövzular üzrə ümumilikdə on təlim keçirilib. Qonaqlar mədəniyyət sektorunda marketinq strategiyalarının necə tətbiq olunacağını öyrənərək öz peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Təlimlərdən sonra, iştirakçılar qruplara bölünərək seçilmiş altı mədəniyyət müəssisəsi üçün marketinq planları hazırlayıb və həmin planların təqdimatını reallaşdırıb.

Sonda iştirakçılar sertifikata layiq görülüb.

“Mədəniyyətdə Marketinq” layihəsinin başlıca məqsədi mədəni və yaradıcı sənayelərin rəqabətə dözümlülüyünün artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək verməkdir. Layihə sahə üzrə mütəxəssislərə “Mədəniyyət Marketinqi” üzrə geniş biliklər əldə etməyə və daha sonra həmin bilikləri öz müəssisələrində tətbiq etməyə imkan yaradır. Həmçinin mədəniyyət sahəsində marketinqin əhəmiyyətini və müasir alətlərin necə istifadə olunacağını nəzəri və praktik olaraq öyrətməyə yönəlib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
3
azertag.az

4Mənbələr