AZ

BRİKS xarici işlər nazirlərinin toplantısında 22 ölkənin nümayəndəsi iştirak edəcək

BRİKS ölkələrinin xarici işlər nazirlərinin Rusiyada keçiriləcək iclasında 22 ölkənin nümayəndəsi iştirak edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə tədbirin təşkilatçıları məlumat verib.

Tədbir iyunun 10-da Nijni Novqorodda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə başlayıb. Bu, keçən il BRİKS-in genişlənməsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür. Görüşdən sonra birgə bəyanat hazırlanacaq.

Görüşlərdə Rusiya, Braziliya, Misir, Hindistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Cənubi Afrika Respublikasından olan nümayəndələr iştirak edir.

İlkin məlumata görə, iyunun 11-də keçiriləcək tədbirlərdə Banqladeş, Bəhreyn, Belarus, Venesuela, Vyetnam, Qazaxıstan, Kuba, Laos, Mavritaniya, Səudiyyə Ərəbistanı, Tailand, Türkiyə, Şri-Lankanın iştirakı gözlənilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
operativmedia.az

10Mənbələr