AZ

Şəkidə “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçiriləcək

Şəkidə

Bakı, 10 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyinin Respublika “Xatirə Kitabı” redaksiyası iyunun 12-də Şəki Şəhər Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirəcək.

Bu barədə AZƏRTAC-a “Xatirə Kitabı” redaksiyasından bildirilib.

Xatırladaq ki, birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır.

Ümumilikdə Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub.

Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Layihənin rəhbəri Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
2
azertag.az

3Mənbələr