AZ

“44 gün – Tarixi zəfər” adlı kitabın təqdimatı keçiriləcək

Mədəniyyət Nazirliyinin Respublika “Xatirə Kitabı” redaksiyası iyunun 12-də Şəki Şəhər Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirəcək.

Kulis.az xəbər verir ki, birinci cilddə 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci və 2-ci cildi işıq üzü görüb, 3-cü cild üzərində işlər aparılır.

Ümumilikdə Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub.

Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Layihənin rəhbəri Respublika “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədovadır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
kulis.az

3Mənbələr