AZ

Azərbaycandakı məscidlərdə kondisioner olub-olmasına aydınlıq gətirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı məscidlərdə kondisioner sisteminin olub-olması məsələsinə münasibət bildirib.

APA xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ən isti havada belə məscidlərin içində sərinlik olduğunu deyib:

"Əvvəlki illərdə də insanlar ibadət edib və həmin zamanlarda soyuducu sistemlər olmayıb. Digər tərəfdən, əksəriyyətində kondisioner sistemi var və quraşdırma işləri davam edir. Orada ibadət qısa müddətdə olur, sərinlik də var. İnsanlar həmin müddətdə ibadət edə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
apa.az

10Mənbələr