AZ

Azərbaycanda məscidlərdə kondisioner var?

Azərbaycanda məscidlərdə kondisioner sistemi var və bu yöndə işlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib.

O qeyd edib ki, ən isti havada belə məscidlərin işlərində sərinlik olur:

"Əvvəlki illərdə də insanlar ibadət edib və həmin zamanlarda soyuducu sistemlər olmayıb. Digər tərəfdən, əksəriyyətində kondisioner sistemi var və quraşdırma işləri davam edir. Orada ibadət qısa müddətdə olur, sərinlik də var. İnsanlar həmin müddətdə ibadət edə bilər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
10
milli.az

10Mənbələr