AZ

Qazaxıstan BRİKS sammitində iştirak edəcək

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Nijni Novqorodda keçiriləcək BRİKS sammitində iştirak edəcək.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarova məlumat verib.

Məlumata görə, BRİKS sammiti 10-11 iyun tarixlərində "Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi" mövzusunda keçiriləcək. Nurtleuyu sammitdə iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov dəvət edib.

Qeyd edək ki, "BRIC Club" rəsmi olaraq 2006-cı ildə SPIEF-də yaradılıb. Klub ilkin olaraq  Braziliya, Rusiya, Hindistan və Çindən ibarət olub. 2010-cu ildə Cənubi Afrika da kluba qoşulub və bundan sonra BRİKS adlandırılıb.

Gülşən Şərif


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
bakivaxti.az

10Mənbələr