AZ

90 dövlət Ukrayna üzrə sülh Sammitində iştirakını təsdiq edib

90 dövlət rəsmi olaraq İsveçrədə keçiriləcək Ukrayna üzrə sülh sammitində iştirakını təsdiq edib.

TASS xəbər verir ki, bunu İsveçrə prezidenti Viola Amherd deyib.

O aydınlaşdırıb ki, qeydiyyatdan keçənlərin yarısı Avropa və Şimali Amerikadan, digər yarısı Cənubi Amerika, Afrika, Yaxın Şərq və Asiyadandır.

Sammit 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində keçiriləcək.

Bundan əvvəl toplantıya 120-dən çox dövlət dəvət olunmuşdu. Rusiya sammitə dəvət edilməyib. Çin iştirakdan imtina edib, Amerika prezidenti Co Bayden də tədbirə qatılmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
azpost.info

10Mənbələr