AZ

İran XİN başçısı vəzifəsinin icraçısı Rusiya prezidentinin müşaviri ilə görüşüb

İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kani Rusiya Prezidenti Vladimir Putinin müşaviri və Şimal-Cənub dəhlizi üzrə xüsusi nümayəndəsi İqor Levitinlə görüşüb.

525.az “Report”-a istinadən xəbər verir ki, tərəflər regional və ikitərəfli məsələləri müzakirə ediblər.

Məlumata görə, iyunun 10-11-də Rusiyanın Nijnı Novqorod şəhərində BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) üzv on ölkənin xarici işlər nazirlərinin görüşü keçirilir. Əli Baqeri bundan əvvəl Çinin xarici işlər naziri Van İ ilə görüşüb.























Bizi Facebookda izləyin

Seçilən
43
10
525.az

10Mənbələr