AZ

Şuşa bu gün bütün türk dünyasının mədəniyyət paytaxı statusundadır - ÖZƏL

"İşğaldan azad edilən digər bölgələrimiz kimi Şuşada da quruculuq-bərpa işləri böyük vüsət alıb. Şuşa bu gün tək Azərbaycanın deyil, bütövlükdə türk dünyasının mədəniyyət paytaxı statusundadır". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Artıq azadlığına qovuşmuş tarixi Şuşa şəhəri bir çox qonaqları qarşılayıb. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərləri baş tutub. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Şuşaya, Ağdama və Füzuliyə səfər edib. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
179
olaylar.az

1Mənbələr