AZ

"Fosil ovçusu" okeanın dərinliklərində nəhəng diş tapıb

"Fosil ovçusu" okeanın dərinliklərində nəhəng diş tapıb

ABŞ-da bir dalğıc Florida sahillərində mastodon dişi tapıb. Dalğıc tapdığı nəhəng dişi evdə saxlamaq istəyir."Fosil ovçusu" adlandırılan Alex Lundberg, təxminən 1,2 metr uzunluğundakı dişlə ilk dəfə aprel ayında suya dalış edərkən qarşılaşdıqlarını deyib. Dostu ilə yenidən bölgəyə getdiyini və dişin olduğu yerdəki qumu təmizləməyə başladığını izah edən Lundberq bildirib ki, fosil getdikcə böyüməyə başlayıb: "Öz-özümə bu, həqiqətən böyük bir dişdir dedim".O, fosili Florida ştatının Venesiya sahillərində 25 metr dərinlikdən çıxardıqlarını deyib. Dalğıc təxminən 31 kiloqram ağırlığında olan qalığı evinin qonaq otağında şüşə qutuya yerləşdirdiyini bildirib.Lundberq Florida Təbiət Tarixi Muzeyindən səlahiyyətlilərin gəlib fosili tədqiq edəcəklərini və yalnız bundan sonra dişin neçə yaşında olduğunun öyrənilə biləcəyini diqqətə çatdırıb.Muzey rəsmilərindən Raçel Narducci də bəzən araşdırıldıqdan sonra fosilin onu tapan adamda qalmasına icazə verildiyini bildirib.Cənubi Florida Universitetində biologiya təhsili alan dalğıcın 2019-cu ildən bəri fosil kəşfiyyatı icazəsi var. O, fosili evində saxlamaq istəyinin səbəbini belə izah edib: "Onun haradan gəldiyini dəqiq bilmirsən. Milyonlarla ildir ki, okeanda yuvarlanır. Bu, çox gözəl bir parçadır".Müasir fillərin qədim qohumları kimi tanınan mastodonlar 27-30 milyon il əvvəl ortaya çıxıb və təxminən 10 min il əvvəl nəsli kəsilib.Dünyada, xüsusilə Şimali və Mərkəzi Amerikada meşələrdə yaşayan mastodonların uzunluğu 2,5-3 metr, çəkisi isə 5,4 ton olub.

Seçilən
52
1
afn.az

2Mənbələr