AZ

"Toyota" "Şaqman"a çırpıldı: qadın öldü

Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadla xəbər verir ki, "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Şaqman"a çırpılıb.

Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha dörd nəfər, 2015-ci il təvəllüdlü Fidan Məmmədova, 1995-ci il təvəllüdlü Nigar Məmmədova, 2008-ci il təvəllüdlü Nərmin Quliyeva, 2013-cü il təvəllüdlü Ahu Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
99
12
news24.az

10Mənbələr