Yevlax-Zaqatala yolunda sürücülər çətinlik yaşayır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Yevlaxın Xanabad kəndini keçdikdən sonra yolda aşınmalar baş verdiyi üçün çuxurlar yaranıb. Bu da yoldan keçən sürücülər üçün çətinliyə səbəb olur.
Qeyd edək ki, yolda sürət həddi 90km/saatdır və çuxurları gec görən sürücülər ani tormozlama etdikdə də qəza şəraiti yaranır, avtomobillərə maddi ziyan dəyir.
Məhəbbət Tərlanoğlu
FOTO QALEREYA