AZ

Bakı-Quba yolunda ağır qəza

Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shaqman"a çırpılıb.

Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha dörd nəfər - Fidan Məmmədova (2015), Nigar Məmmədova (1995), Nərmin Quliyeva (2008), Ahu Quliyeva (2013) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.  Faktla bağlı araşdırma aparılır.

Seçilən
127
16
ikisahil.az

10Mənbələr