AZ

ÜST-dən dünyaya çağırış: Quduzluq hallarının 99 faizi sahibsiz itlərdən qaynaqlanır

\"Dünyada quduzluq hallarının 99 faizi itlərdən ötürülür\".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris deyib.
 
ÜST rəsmisinin sözlərinə görə, bu səbəbdən sahibsiz itlərin sayına diqqət yetirmək və onlara peyvənd etmək çox vacibdir.
 
Bəzi xəstəliklərin, xüsusilə də quduzluğun birlikdə yaşamaq səbəbiylə itlərdən insanlara keçmə ehtimalının olduğuna diqqət çəkən Harris Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) tərəfindən \"quduzluqdan qorunma proqramı\"nın həyata keçirildiyini bildirib.
 
Evsiz itlərin digərlərindən daha çox sağlamlıqsız olduğuna diqqət çəkən Harris heyvanların yemək tapa bilmədiklərini və çətin şəraitdə yaşadıqlarını söyləyib:

\"Yaxşı bir peyvənd sistemi ilə bir çox ölkədə quduzluq riskini azaltmağı bacarmışıq. Təəssüf ki, hər il ən çox Asiya və Afrikada quduzluqdan on minlərlə ölüm qeydə alınır və bunların əksəriyyəti 15 yaşından kiçik uşaqlar. Əgər quduzluğun endemik olduğu bir bölgədəsinizsə, bütün itlər çox təsirli və təhlükəsiz bir peyvənd olmasını təmin etmək üçün çalışmalısınız\".
 
İtlərin sterilizasiyasının onların sayına nəzarət etmək üçün təsirli olduğuna diqqət çəkən Harris onların çox sayda zibil buraxmasının icmalar üzərində təzyiqi artırdığını dilə gətirib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
2
azxeber.com

2Mənbələr